Pakistandan Türkiyəyə TƏKLİF: Üç ölkə…

  • By admin
  • 30 Dekabr 2021 11:00

Türk tarixi çox zəngindir və müsəlman olaraq biz bunun bir parçası olduğumuzu hiss edirik.

Gununsesi.info Axar.az-a istinadla xəbər verir ki, bunu Pakistanın informasiya və yayım naziri Çaudri Favad Hüseyn deyib.

“Alt qitədəki müsəlmanların türklərlə çox xüsusi əlaqələri var”, – deyə Hüseyn bildirib.

O, Türkiyə və Pakistanın birgə serial işlərini böyük inkişaf kimi qiymətləndirib:

“Malayziyanın bu layihələrdə yer alması lazımdır. Üç ölkə daha çox serial və film çəkmək üçün bir araya gəlməlidir”.

Üç ölkə arasında əməkdaşlığın daha çox qapılar açacağını vurğulayan Hüseyn bu əməkdaşlığın təkcə Türkiyə, Pakistan və Malayziya üçün deyil, bütün dünya üçün əhəmiyyətli olacağını vurğulayıb.

Gununsesi.info