Pakistanın Əfqanısdandakı səfirliyinə silahlı hücum edildi – Baş nazir hadisəni qınadı

  • By admin
  • 02 Dekabr 2022 17:51

Əfqanıstanda səfirliyə hücum edilib.

 

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, paytaxt Kabildəki Pakistan səfirliyi günorta saatlarda hücuma məruz qalıb. Yelri mətbu orqanların yazdığı xəbərə görə, silahlıların açdığı atəş zamanı Pakistanın Əfqanıstandakı məsləhətgüzarı Ubeydurrəhman Nizamani yaralanmadan xilas olsa da, Pakistanın Xüsusi Təyinatlılarından 1 nəfər hücum zamanı yaralanıb.

Nizamani məsləhətgüzar vəzifəsi ilə səfirliyin rəhbəri kimi bu vəzifədə yer alırdı.

Hücumun arxasında kimlərin dayandığı naməlumdur. Hələlik hadisəni öz üzərinə götürən olmayıb.

Pakistanın Baş naziri Şahbaz Şərif olaydan sonra açıqlama edərək bu hücumu qınayıb.

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info