“İnterpol”un Pakistan bürosu tərəfindən axtarışa verilmiş şəxs Bakıya gələrkən tutulub.
Report xəbər verir ki, Pakistan Cinayət Məcəlləsinin maliyyə dələduzluğu, çirkli pulların yuyulması, korrupsiya və bank dələduzluğu maddələri ilə beynəlxalq axtarışda olan Pakistan vətəndaşı, 39 yaşlı Muştaq Əhməd Hazaro London-Bakı reysi ilə Bakıya gələn zaman Heydər Əliyev Aeroportunda saxlanılıb.