Pakistanın məşhur abidəsi Azərbaycan bayrağı ilə işıqlandırıldı - FOTO

  • By admin
  • 08 Noyabr 2022 14:05

Pakistanın ən böyük qülləsi olan “Minar-e-Pakistan” abidəsi 8 Noyabr- Zəfər Günü münasibətilə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycanın Pakistandakı Səfirliyi məlumat yayıb.

Bildiirlib ki, Minar-e-Pakistan”ın Azərbaycan bayrağı ilə işıqlandırılması şəhər sakinlərində və qonaqlarda böyük maraq doğurub.

Qeyd edək ki, “Minar-e-Pakistan” Pakistanın yaradılması barədə olan Lahor qətnaməsinin xatirəsinə inşa olunub və milli əhəmiyyətə malik abidədir. Sözügedən abidə Pakistan tarixində ilk dəfə olaraq xarici ölkənin bayraq rəngləri ilə işıqlandırılıb.