Donald Trampın Pakistan əleyhinə səsləndirdiyi tənqiddən sonra ABŞ-ın Pakistandakı səfiri Devid Xeyli XİN-ə çağırılıb.
Gununsesi.info “The News International”a istinadən xəbər verir ki, XİN rəhbəri Xoca Mühəmməd Asif amerikalı diplomatla görüşdə deyib ki, ABŞ Əfqanıstandakı uğursuzluğu ilə bağlı özü məsuliyyət daşımalıdır.
Pakistanlı nazir deyib ki, baş verən hadisələrlə bağlı sübutları ortaya qoymağa hazırdır. O, Pakistanın “Taliban”ı maliyyələşdirməsi ilə bağlı Trampın açıqlamasını “axmaqlıq” adlandırıb.
Onu da qeyd edək ki, Pakistanın baş naziri Şahid Hakan Abasi hökumətin iclasını çağırıb.
Gununsesi.info