Pakistanın yeni baş naziri Türkiyə ilə əməkdaşlığı genişləndirir

Pakistanın yeni baş naziri Şahbaz Şərif Türkiyə ilə ticarət, investisiya, ali təhsil, turizm və infrastruktur  sahələrində əməkdaşlığı daha da genişləndirilməsində, inkişaf etdirilməsinə hazır olduqlarını bildirib.

Gununsesi.info xəbər verir ki, Türkiyənin İslamabaddakı səfiri Mehmet Paçacı ilə Baş nazir Şərif arasında görüş keçirilib. Şərif görüşdə Türkiyə ilə Pakistanın ortaq inanc və qarşılıqlı hörmətə əsaslanan uzunmüddətli tarixi əlaqələrinin olduğunu, iki ölkə xalqının bir-birinə böyük hörmət bəslədiyini vurğulayıb.

Eyni zamanda Türkiyə ilə ticarət əlaqlərinin inkişaf etdirilməsi üçün hazır olduqlarını da qeyd edib. Nazir Türkiyəyə səfəri zamanı investisiya şirkətləri görüşüyünü də bildirib.

“Hazırda Pakistanda xarici sərmayələr üçün ən yaxşı zamandır və Türk şirkətlərinin bu mövzuya dərin marağını alqışlayırıq”.

Pakistanın baş naziri qonaqpərvərliyə görə prezident Rəcəb Tayyib Ərdoğana və Türkiyə hökumətinə təşəkkür edib.

Şərif prezident Ərdoğanın andiçmə mərasimində iştirak etmək üçün 3-4 iyun tarixlərində Türkiyəyə səfər etmişdir.

 

Tərcümə

Şəbnəm

Gununsesi.info