Pakistanla Hindistan arasında RAZILAŞMA: nüvə obyektlərinin...

  • By admin
  • 02 Yanvar 2022 16:30

Pakistan və Hindistan nüvə obyektlərinə hücumların qarşısını almaq məqsədi daşıyan razılaşma çərçivəsində öz nüvə obyektlərinin siyahılarını bir-biri ilə paylaşıb.

Gununsesi.info xəbər verir ki, Pakistan Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, İslamabad və Yeni Dehli iki ölkə arasında 31 dekabr 1988-ci ildə imzalanmış və 27 yanvar 1991-ci ildə ratifikasiya edilmiş saziş çərçivəsində nüvə obyektlərinin siyahılarını bir-birinə təhvil verib.

Nüvə obyektlərinə hücumların qarşısının alınmasını nəzərdə tutan saziş çərçivəsində iki ölkə hər il yanvarın 1-də bu siyahıları bir-biri ilə bölüşür. Bu təcrübə 1992-ci il yanvarın 1-dən qüvvədədir.

Gununsesi.info