Pakistanlı qız BMT-nin barış elçisi oldu

  • By admin
  • 11 Aprel 2017 13:00

17857397_1822365528087023_1687713654_n

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Pakistanda Taliban hərəkatı tərəfindən təşkil olunmuş hücum zamanı yaralanan və dünya miqyasında gündəmə gələn Nobel Barış Mükafatı sahibi Malala Yusufzay qızların təhsil alması mövzusunda BMT-nin barış elçisi seçilib.

Bu məqsədlə BMT-də tədbir təşkil olunub. Tədbirdə BMT-nin katibi Antonio Quterres, diplomatlar, vətəndaş toplumu təmsilçiləri və çox sayda qız tələbə iştirak edib.

Quterres öz çıxışında Malalanın gənc yaşda əldə etdiyi uğuru, təvəzökarlığını, çalışqanlığını və qaçqın düşərgələrinə gedərək oradakı qızlara dərs keçdiyini yüksək qiymətləndirdiyini vurğulayıb. O, Malala Yusufzayı qəhrəman kimi qiymətləndirib və onunla iş birliyindən qürur duyduğunu dilə gətirib.

Nigar

Gununsesi.info