Palata “Azərişıq”ı yenidən qeydiyyata aldı…

  • By admin
  • 12 Dekabr 2016 12:18

azerisiq

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Azərişıq” ASC-nin hər birinin nominal dəyəri 2 (iki) manat olan 131 milyon 50 min ədəd adi səhmlərin əlavə buraxılışı AZ1001001176 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.

Maliyyə Bazarlarına Nəzarət Palatasından Gununsesi.info-ya bildiriblər ki, səhmlər qapalı yerləşdirmə üsulu ilə yerləşdiriləcək.

Gununsesi.info