Palata daha hansı bankları “qara siyahı”ya salacaq?

  • By admin
  • 15 Sentyabr 2016 17:05

bank

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Azərbayanda bir neçə bankın bağlanacağı barədə Beynəlxalq Valyuta Fondunun açıqlamasına münasibət bildirib.

Palatadan Gununsesi.info-ya bildirilib ki, hazırda heç bir bankın bağlanması gözlənilmir: «Beynəlxalq Valyuta Fondunun bu məlumatı ilə bizdə tanışıq. Bu hesabat BVF-nin iyun ayında Azərbaycana olan missiyası əsasında hazırlanıb. Bu missiyadan sonra iyul ayının sonunda biz 4 bankın lisenziyasını ləğv etdik və öncədən lisenziyası geri çağrılmış 2 bankın ləğvetməsinə başladıq. BVF-nin hesabatında qeyd olunan proses artıq başa çatıb, hazırda fəaliyyət göstərən bankların heç birinin lisnziyasını geri çağırmağı planlaşdırmırıq və mətbuatda bu mövzuda gedən spekulasiyalar əsassızdır».

Gununsesi.info