Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Fevral 2018
BE ÇA Ç CA C Ş B
« Yan    
 1234
567891011
12131415161718
19202122232425
262728  

XƏBƏR LENTİ

24 Fevral 2018
23 Fevral 2018

20 Yanvar 2018 - 12:12

“Palmali” “Ağsu” gəmisinin saxlanmasına aydınlıq gətirdi- RUSİYA BAYRAĞI ALTINDA ÜZDÜYÜ ÜÇÜN...

Palmali Dənizçilik Şirkətinə (Palmali Shipping Company) məxsus “Ağsu” yük tankeri Danimarkanın Kalundborg limanında saxlanılması ilə bağlı xəbərlər yayılıb.

Gununsesi.info-nun məlumatına görə, buna səbəb kimi “Pal shipping trader three” şirkətinin mülkiyyətində olan gəmidə texniki çatışmazlıqların olması göstərilir. İddialara görə, “Ağsu” tankerinin səfərə çıxmasına qadağa qoyululmaqla yanaşı, gəmiyə həbs qoyulması barədə sənəd tərtib edilib.

Lakin “Palmali”nin Bakı ofisindən verilən açıqlamada yayılan xəbərikn həqiqəti əks etdirmədiyi ifadə olunub:

“Bəziləri sanki pusquda dayanmış kimi ən adi prosedur qaydalarnı problem kimi qabardıb, şirkətin adına xələl gətirmək niyyətini güdürlər. İstinad etdikləri mənbə isə eyni media orqanlarıdır. “Ağsu” adlı gəmi Rusiya bayrağı altında üzür. Avropa Birliyi ölkələrində sanksiyalara görə, bu ölkənin bayrağı altında üzən gəmilər daha ciddi yoxlanışdan keçir. O cümlədən şirkətimizə məxsus gəmi də standartlara uyğun olaraq adi yoxlanış nəzarətindən keçir. Bunu gəminin saxlanılması xəbəri kimi ifadə etmək çox gülüncdür”.

Qeyd edək ki, “Palmali” şirkətlər qrupuna məxsus 200-ə yaxın gəmi dünya sularında üzür.

Gununsesi.info