“Palmali Group” “Haber Global”ı məhkəməyə verir - SƏBƏB

  • By admin
  • 10 Dekabr 2022 11:28

 

Türkiyədən yayımlanan “Haber Global” kanalı növbəti dəfə bu ölkədə çalışan azərbaycanlı iş adamı “Palmali Group”un sahibi Mübariz Mənsimovu ittiham edib.

Kanal heç bir dəlil-sübuta söykənmədən   həmyerlimizi bu dəfə İranla iş birliyində ittiham edib.

“Haber Global”ın bu ittihamına “Palmali Group”un reaksiyası gecikməyib.

Şirkətin yaydığı açıqlamanı olduğu kimi təqdim edirik:

 

9 dekabr 2022-ci il tarixində Türkiyədə yayımlanan “Haber Global TV” kanalında azərbaycanlı iş adamı, “Palmali Group”un ”in sahibi Mübariz Mənsimova qarşı növbəti dəfə yalan və böhtanla dolu qərəzli xəbər verilib.

Şirkət və onun rəhbərliyi barəsində həqiqətəuyğun olmayan, heç bir əsaslı sənəd, dəlil və fakt göstərmədən İrana neft daşımacılığından tutmuş erməni iş adamı ilə iş birliyinə qədər böhtan tipli xəbərlər təqdim olunub. Maraqlıdır ki, rəhbərliyi azərbaycanlılardan ibarət olan bir televiziya kanalının nüfuzlu azərbaycanlı iş adamı barəsində mütəmadi olaraq əsassız və yalan xəbər yayması nə ilə əlaqəlidir? Bunu artıq hüquqşünaslarımız araşdıracaq. “Palmali Holding”in vəkilləri şirkətlə bağlı uydurulmuş xəbərlərin yayılması və qara PR-ın aparılmasına görə məhkəməyə müraciət edəcəklər.

 

Əslində, bu uydurma iddiaların kimlər tərəfindən irəli sürüldüyünü və məqsədyönlü şəkildə yayıldığını gözəl bilirik. Dünya miqyasında dəniz daşımacılığında söz sahibi statusunu qazanmış “Palmali Holding”in donanmasına məxsus bir gəminin belə İrana yük daşımadığı və Mübariz Mənsimovun erməni şərikinin olmadığını ictimaiyyət yaxşı bilir. Bu cür əsassız xəbərlər dəfələrlə təkzib edilib. “Palmali Holding”in fəaliyyətinin bütün istiqamətlərdə genişlənməsindən və reytinqinin durmadan artmasından təşvişə düşən bədniyyətli şəxslər mətbuatın azadlığı ilə pərdələnərək dezinformasiya yaymaqla, ilk növbədə, özlərini hörmətsiz edir, daha sonra isə vəkillərimizin bu faktlarla bağlı məhkəmə orqanlarına müraciət etmələri üçün əsas yaradırlar. Türkiyə – hüquqi dövlətdir. Haqlarımızı məhkəmədə tələb və müdafiə edəcəyik. Həmvətənlilərimizə isə bir daha deyirik: bu cür “xəbərləri” tirajlayaraq özünüzü gülünc vəziyyətə qoyursunuz. Mübariz Mənsimova gəlincə, o, sadəcə, gülüb keçir. Amma siz öz çirkin və köhnə əməllərinizi davam etdirirsiniz: keçmiş uydurmalarınızın başlıqlarının yerlərini deyişərək “yeni” adı ilə yayımlayırsınız.

***********

KAMUOYUNUN BİLGİSİNE ;

Holdingimiz ve Yönetim Kurulu Başkanımız Sayın Mubariz GURBANOĞLU’nu hedef alan asılsız ve maksatlı haberleri ile bilinen Haber Global isimli sözde haber sitesinin youtube kanalında, bu akşam siparişle servis edilen gerçek dışı haberde ‘’ABD’nin İran’a uyguladığı petrol ambargosunu deldiği gerekçesi ile Palmali Holding ve Sayın Mubariz GURBANOĞLU’na yaptırım uygulandığı ve Mubariz GURBANOĞLU’nun Ermeni bir ortağı bulunduğu‘’ iddia edilmiştir.
Adı geçen sözde haber sitesindeki bu iddiaların arkasında hangi şer odaklarının olduğunu, bu haberlerin maksatlı şekilde servis edildiğini çok iyi bilmekteyiz. Uluslararası alanda denizcilik sektörünün markası haline gelmiş Palmali Holding filosunda bulunan hiçbir geminin, İran limanlarına yük taşımadığı ve Sayın Mubariz GURBANOĞLU’nun Ermeni bir ortağı bulunmadığı kamuoyunca yakından bilinmektedir. Bu ve bunun gibi asılsız haberler defalarca tekzip edilmiştir. Asılsız iddiaların aksine, İran’a uygulanan petrol ambargosunu deldiği gerekçesi ile Palmali Holding’e uygulanmış herhangi bir yaptırım bulunmamaktadır.
Holdingimizin her geçen gün büyümesinden rahatsız olan bu şer odaklarının basın özgürlüğü kisvesi ile servis ettiği bu asılsız haberlere itibar edilmemesini, bu asılsız ve dezenformasyon amaçlı haberler ile ilgili olarak yargı makamları nezdinde gereken girişimlere başlandığını, kendisini haberci sanan bu şer odaklılarının, er geç hukuk önünde hesap vereceğini kamuoyunun bilgisine sunarız.
PALMALİ HOLDİNG AŞ

Günay

Gununsesi.info