“Palmali” “Lukoil”dan alacağı pulu Türkiyədə gəmi və turizm sektoruna yatıracaq - MÜBARİZ MƏNSİMOV

  • By admin
  • 27 Sentyabr 2017 15:30

big_1488370835_palmali

“Palmali” “Lukoyl”dan alacağı pulu Türkiyədə gəmi və turizm sektoruna yatıracaq. 

Gununsesi.info xəbər verir ki, bunu “Palmali” şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimov “Anadolu”ya rəhbərlik etdiyi şirkətin Rusiyanın “Lukoil” şirkəti ilə arasındakı məhkəmə prosesi barədə məlumat verərkən deyib.

Onun sözlərinə görə, “Litasco” şirkəti ilə 2020-ci ilədək imzaladıqları sazişə əsasən şirkət Xəzər və Qara Dənizdə neft və neft məhsulları daşıması əvəzində “Palmali”yə 110 milyon dollara 10 ədəd 6 min tonluq tanker, 64 milyona 3 ədəd 33 min tonluq gəmi, 265 milyon dollara isə 10 ədəd başqa gəmi satacaqdı. “Ancaq “Litasco” bu şərtlərə əməl etmədi və nəticədə “Palmali” 4 milyard dollar ziyana düşdü. Ona görə də məhkəməyə müraciət etmişik. Məhkəmə müstəvisində mübarizəmiz addım-addım davam edəcək. İki şirkət arasında imzalanan sazişin bəndlər yerinə yetirilməli və “Palmali”nin itkiləri bərpa olunmalıdır”- M.Mənsimov bəyan edib.

O əlavə edib ki, “Lukoil” Xəzər dənizində daşımaçılıqla bağlı imzalanan 10+10 ilik müqaviləni birtərəfli qaydada ləğv edib. “Buna görə də “Lukoil”a qarşı ikinci məhkəmə iddiası qaldıracağıq və bu istiqamətdə hazırlıq işləri gedir. Odur ki, “Lukoil”un təcili olaraq əlaltdan “Litasco”nu satması bizi o qədər də maraqlandırmır, biz onsuz da, borcumuzu alacağıq. Məhkəmədə qalib gələcəyimiz təqdirdə danışıqlara gedə bilərik. Vəkillərin dediyinə görə, 3-4 aydan sonra onlar bizimlə masa arxasına oturmaq məcburiyyətində qalacaqlar. Çünki itirdikləri gözlənildiyindən daha çoxdur. “Lukoil” bu məhkəməni uduzacaq və biz oradan gələn pulu Türkiyənin gəmi və turizm sektoruna yatıracağıq”- deyə, M.Mənsimov bildirib.

Mürtəza 

Gununsesi.info