“Palmali” növbəti gəmisinə Xudayarın adını verir – VİDEO

  • By admin
  • 23 İyun 2022 01:08

44 günlük Vətən savaşında adı dastana dönən şəhidimiz Xudayar Yusifzadə indi də dənizləri fəth edəcək.

“Palmali Holding”in növbəti gəmisi Vətən Müharibəsinin şəhidi Xudayar Yusifzadənin adını daşıyacaq.

HTML tutorial

Bu barədə adıçəkilən şirkətin mətbuat katibi Fidan Quliyeva bildirib.

Onun sözlətinə görə, “Palmali” prezidenti Mübariz Mənsimov şəhidin anası Radə Qurbanovaya zəng edərək oğlunun adının gəmiyə verilməsi ilə bağlı razılıq və xeyir-dua istəyib.

Təklifi kövrəkliklə qarşılayan ana təşəkkürünü bildirib.

Xudayar Yusifzadənin anası sözügedən gəminin yola salınması törənində iştirak etmək üçün İstanbula dəvət olunub.

 

Gununsesi.info