“Palmali”nin gəmisi 600-dək miqrantı dənizdə batmaqdan xilas etdi

“Palmali Holdinq”ə məxsus gəmi dənizdə batmaq təhlükəsi ilə üzləşən 600-dək miqrantı xilas edib.

Gununsesi.info “Denizhaber”ə istinadən xəbər verir ki, hadisə İoni dənizində baş verib.

HTML tutorial

Belə ki, holdinqə məxsus Liberiya bayraqlı gəmi Rostov hava limanından yüklənmiş 5.364 ton buğdanı Tunis/Sousse limanına aparan zaman təcili yardım siqnalı alıb. Gəmi istiqamətini dəyişərək qayıqla sərt dalğaların arasında təhlükəli vəziyyətdə olan 600-dək miqrantı xilas edib.

Təxliyə zamanı miqrantlardan dənizdə batan və ya xəsarət alan olmayıb.

 

Gununsesi.info