Paltaryuyan maşınla işıqlandırılan şəhər - FOTOLAR

  • By admin
  • 03 Aprel 2017 10:10

17760687_1816957881961121_2010028113_n

Portuqaliyada hər il keçirilən St.Peter Festivalı çərçivəsində müxtəlif layihələr hazırlanır. Bu layihələrdən biri hər kəsin diqqətini öz üzərinə çəkib.

Belə ki, “Teatro Metaphora” adlı dizayn qrupu şəhəri işıqlandırmaq üçün 133 paltaryuyan maşından istifadə edib. Qrup Şekspirdən ilhamlanaraq “Bir yay gecəsi yuxusu” adlandırdıqları layihəni gerçəkləşdirmək üçün əvvəlcə zibilliklərdən və Deus küçəsinin bəzi sakinlərindən köhnə paltaryuyan maşınları yığıb.

Daha sonra onların içərisindəki qazanları çıxararaq təmizləyib, rəngli lampalarla bəzəyiblər. Nəticədə küçədə gözəl görüntü ortaya çıxıb.

Dizayn qrupunun üzvləri gördükləri işi qənaət kimi qiymətləndirib və lazımsız əşyalardan ağıllı istifadə etmək lazım olduğunu qeyd ediblər.

17792374_1816957885294454_1601482836_n 17757810_1816957908627785_118401719_n 17741002_1816957905294452_1090295391_n

Gununsesi.info