Pambıqçılığın “inkişafı” ət və süd idxalının artmasına səbəb olub - VAHİD MƏHƏRRƏMOV

  • By admin
  • 24 İyul 2017 15:28

vahidddd

Nazirlər Kabinetinin  son iclasında pambıq ixracının 154 faiz, pambıq lifi ixracının 650 faiz artdığı bildirildi. İlk baxışdan bu artımı müsbət dəyərləndirmək olar. Amma pambıqçılığa artan diqqət kənd təsərrüfatının digər sahələrində çətinliklər meydana çıxarıb.

Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov Gununsesi.info-ya açıqlamasında bildirir ki, pambıqçılığın inkafı adı altında digər sektorlara ciddi zərər vurulur. 

Onun sözlərinə görə, son iki ildə heyvandarlıqla məşğul olan kəndlilərin, fermerlərin təbii biçənək, örüş, yonca sahələrini əllərindən alıb pambıq əkini üçün bələdiyyələrə, yerli icra nümayəndələrinə, məktəblərə verdilər: “Nəticədə yem və ot qıtlığı ilə üzləşən təsərrüfat sahibləri məcburiyyət qarşısında qalıb heyvanlarını kəsimə verməli oldular. Bu müddət ərzində ölkədə ət, süd məhsulları istehsalı kəskin azaldığı üçün həmin adda malların idxalı ciddi şəkildə artıb. Ölkə başçısının dilə gətirdiyi 154 və 650 faiz artım nəticəsində ölkəyə pambıq ixracından cəmi 32.4 milyon dollar valyuta gəldiyi halda, ət əv süd məhsulları idxalı üçün ölkədən 3 dəfə çox, yəni 107,3 milyon dollar valyuta çıxarılıb. Keçən ilin eyni dövrü ilə müqayisədə isə pambıq ixracından əldə olunan valyuta gəliri 19 milyon dollar artdığı halda, ət və süd məhsulları idxalı üçün ölkədən çıxarılan valyutanın miqdarı 2 dəfə çox (38, 8 milyon dollar) olub. Beləliklə, hökumətin apardığı “pambıq siyasəti” ölkənin valyuta gəlirlərini yox, valyuta xərclərini 2 dəfə artırdı. Əgər işləri bu istiqamətdə davam etdirsələr, ölkənin valyuta ehtiyatları çox sürətlə “əriyəcək”.

Vüsalə 

Gununsesi.info