Pamela Anderson yeni FOTOSU ilə cazibədarlığını nümayiş etdi

Amerikalı aktrisa və fotomodel Pamela Anderson bəzəkli penuarı ilə cazibədar bədən quruluşunu pərəstişkarlarına nümayiş edib.

Gununsesi.info xəbər verir ki, Vse42.ru-nun məlumatına görə, açıq-saçıq şəkli o, özünün “Instagram” hesabında paylaşıb.

“Sevgi həyata verdiyimiz diqqətin keyfiyyətini müəyyənləşdirir”, – deyə P.Anderson şəklə rəy yazıb.

Pərəstişkarları modelin görünüşündən heyranlıqlarını bildiriblər. Onlar aktrisanın 53 yaşına baxmayaraq, hələ də gəncliyini qorumasını tərifləyiblər.

Gununsesi.info