Pan Gi Mun prezident olmaq iddiasındadır

  • By admin
  • 21 Dekabr 2016 10:58

pan-gi-mun

BMT-nin baş katibi Pan Gi Mun Koreya Respublikası prezidentliyinə namizədliyini vermək niyyətində olduğuna işarə edib.

Gununsesi.info “Yonhap” agentliyinə istinadən verdiyi məlumata görə, baş katib koreyalı jurnalistlərlə görüşündə deyib: “Əgər mənə Koreya Respublikasını irəli aparmağa kömək etsələr, özümü tamamilə buna həsr edə bilərəm”.

Lakin o, birmənalı şəkildə namizədliyini irəli sürüb-sürməyəcəyini bildirməyib.

Qeyd edək ki, P.G.Munun BMT-nin baş katibi kimi səlahiyyətləri bu ilin sonunda başa çatır.

Gununsesi.info