
Ağ Evin belə bir addımla razılaşdığını iddia etməsindən sonra Panama ABŞ hökumət gəmilərinin Panama kanalından pulsuz tranzit keçməsinə icazə verən dəyişiklikləri rədd etdi.
Gununsesi.info xarici medciaya istinadən xəbər verir ki, Dövlət Departamenti X-də verdiyi açıqlamada bildirib ki, onun hökumət gəmiləri “indi ABŞ hökumətinə ildə milyonlarla dollar qənaət edərək, Panama kanalından ödənişsiz tranzit edə bilərlər”.
Şərhlərə cavab verən Panama Kanalı İdarəsi (ACP) “kanaldan tranzit keçmək üçün rüsumlar və digər ödənişləri təyin etmək səlahiyyətinə malik olduğunu” söylədi və “onlara heç bir düzəliş etmədiyini” əlavə etdi.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp dəfələrlə qlobal ticarətin açarı olan su yoluna nəzarəti geri almaq istəyini dilə gətirib.
Orxan Saffari