“Panatinaikos”un müdafiəçisi: "SÜRPRİZ GÖZLƏMİRİK..."

  • By admin
  • 26 İyul 2017 23:15

panat

“Bilirik ki, “Qəbələ” yaxşı komandadı. Çünki “Panatinaikos” onlarla bir dəfə qarşılaşıb”.

Gununsesi.info-nun Apasport.az-a istinadən məlumatına görə, bunu “Panatinaikos”un müdafiəçisi Niklas Hult deyib.

UEFA Avropa Liqasının III təsnifat mərhələsində “Qəbələ”ni qəbul edəcək Yunanıstan klubunun isveçli futbolçusu bu gün keçirilən mətbuat konfransında komandasının şanslarını dəyərləndirib. O, həmyerliləri “Ostersun”un əvvəlki mərhələdə “Qalatasaray” üzərindəki qələbəsini nümunə göstərərək, ehtiyatlı oynamalı olduqlarını söyləyib:

“III təsnifat mərhələsinə qədər irəliləyən hər bir komanda təhlükəlidi. Burda arxayınlaşmağa yer yoxdu. İsveç klubunun “Qalatasaray”la oyunlarını yadınıza salın. Futbolda hər şey ola bilər. Hesab edirəm ki, biz hazırıq”.

İki il əvvəl “Qəbələ”nin pley-off mərhələsində “Panatinaikos”u keçməsi ilə bağlı verilən sualı isə Hult belə cavablandırıb:

“İki il əvvəlki ilə indiki durumu müqayisə etmək olmaz. Hər şey keçmişdə qalıb. Biz nə baş verdiyiniz yaxşı bilirik. Ancaq bu barədə heç nə hiss etmirəm. İki heç-heçə ilə komanda mübarizəni dayandırmışdı. Ancaq bu barədə düşünmürəm. İndi qarşıdakı yeni matçı düşünürük. Rəqibin güclü komanda olduğunu bilirik. Yəni artıq heç nə bizim üçün sürpriz olmayacaq”.

27 yaşlı oyunçu “Qəbələ”yə doğma azarkeşlərinin önündə çətin anlar yaşadacaqlarını əlavə edib:

“İlk oyunu evdə keçirməyimizin xeyrimizə olub-olmadığını demək çətindi. “Qəbələ” ilə iki dəfə üz-üzə gələcəyik və indi burdakı matça köklənməliyik. Sabah doğma arenamızda bizə qarşı oynamaq onlar üçün çətin olacaq”.

Gununsesi.info