Pandemiya dönəmində 60 minə yaxın xarici vətəndaşa Azərbaycanda rəsmən yaşama icazəsi verilib

  • By admin
  • 14 Yanvar 2021 10:41

Pandemiya dövründə əlavə müraciət olmadan ölkədə yaşaması leqallaşdırılmış əcnəbilərin sayı açıqlanıb.

Gununsesi.org-un məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov 2020-ci ilin yekunlarına dair keçirdiyi onlayn mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, ötən il ölkədə yaşaması leqallaşdırılmış əcnəbilərin sayı 59 963 olub:

“Gürcüstandan 25 385, Rusiyadan 23 583, Türkiyədən 3 626, Ukraynadan 1 736, Pakistandan 835 və digər ölkələrdən 4 795 nəfərin ölkədə yaşaması leqallaşdırılıb”.