Pandemiya dövründə ilk iri kino festivalı start götürüb

  • By admin
  • 03 Sentyabr 2020 15:33

İtaliyada nüfuzlu Venesiya film festivalı start götürüb.

Gununsesi.info-nun məlumatına görə, bu il 77-cisi keçirilən festival koronavirus pandemiyası başlayandan ilk iri kino festivalı olub.

Pandemiya ilə əlaqədar, festivala bir çox kino ulduzları qatıla bilməyib.

Münsiflər heyətinə məşhur aktrisa Keyt Blanşett rəhbərlik edəcək. Festival sentyabrın 12-dək davam edəcək.

 

 

Gununsesi.info