Pandemiya tezliklə bitəcək - ÜST

  • By admin
  • 19 Sentyabr 2022 19:44

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Direktoru Dr. Hans Kluge bildirib ki, COVID-19-un yeni variantı ortaya çıxmasa, epidemiya tezliklə bitə bilər.

Gununsesi.info xəbər verir ki, İslandiyada yayımlanan “RUV” televiziyasına danışan Hans Kluge ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesusun “COVID-19 epidemiyasında finiş xəttinin göründüyü”nə dair ifadələrini dəyərləndirib.

Qebreyesusun açıqlamaları ilə razılaşdığını bildirən Kluge, “Yeni bir variant görülməsə, epidemiya tezliklə bitə bilər. Bu barədə ümidli olmalıyıq” deyib.

“Güclü təqib yeni variantları tez müəyyən etmək üçün də vacibdir” deyən Kluge, hər kəsə qarşıdan gələn qışdan əvvəl COVID-19 peyvəndinin yeni gücləndirici dozasını vurdurmağı tövsiyə edib.

Gununsesi.info