Roma Papası yenə ayaq yuyub.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, katolik dünyasının qeyd etməyə hazırlaşdığı Pasxa bayramı ərəfəsində Roma papası məhkumlarla görüşüb və “ayaqyuma” ayinini gerçəkləşdirib.
Belə ki, Papa Fransisk “Müqəddəs Cümə axşamı ayini” üçün İtaliyada keçmiş mafiya üzvlərini ziyarət edib.
O, 12 məhbusun ayağını yuyub.
Onlardan 3-ü qadın, 9-u kişi olub.
Məhz ayağını yuduğu məhbuslardan 2-nin ömürlük həbsə məhkum olunduğu bildirilir.
Xatırladaq ki, xristianların inanclarına görə, Həzrəti İsa çarmıxa çəkilmədən bir gün öncə sevgisini nümayiş etdirmək üçün 12 həvarisinin ayağını yuyub.
Anar
Gununsesi.info