
Katoliklərin ruhani lideri Papa Fransisk səhhətində yaranan problemlərə görə istefa verərsə və ya bir gün vəfat edərsə, yeni Papa seçmək Vatikanın ən mühüm problemi olacaq.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, papalığın gələcəyi ilə bağlı fərziyyələr artdıqca, mümkün varislər haqqında müzakirələr yenidən gündəmə gəlib. Kardinallar növbəti Papanın kim olacağına qərar vermək üçün Sikstin kapellasında toplanacaqlar. 600 ildir ki, yeni Papanın seçilməsi Sikstin kapellasının bacasından qalxan tüstü ilə elan edilir. Bacadan qara tüstü çıxması Papanın seçilmədiyini, ağ tüstü isə onun seçildiyini bildirir.