Papa Fransisk xəstəxanadan buraxılıb

Roma Papası Fransisk xəstəxanada üç gün qaldıqdan sonra Romadakı Gemelli klinikasından evə buraxılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.

Xəstəxanadan çıxandan sonra pontifik jurnalistlər və inanclılarla danışıb, onlara martın 29-da kollektiv audensiyadan sonra özünü pis hiss etdiyini, lakin indi vəziyyətinin düzəldiyini deyib.

Xatırladaq Papa Fransisk martın 29-da günortadan sonra Romada xəstəxanaya yerləşdirilmişdi. Həkimlər ona respirator infeksiya diaqnozu qoyublar. Martın 30-da Müqəddəs Taxt-Tacın mətbuat xidməti Papanın viruslu bronxitin müalicəsi üçün daha bir neçə gün xəstəxanada qalacağını açıqlamışdı.

 

Gununsesi.info