“Papa gərək Bakıda işğalçı Ermənistanla bağlı mövqeyini bildirəydi” - POLİTOLOQ

  • By admin
  • 03 Oktyabr 2016 12:19
qabil
“Roma Papası Fransisk Bakıda işğalçı Ermənistanla bağlı mövqeyini bildirməli idi”.
 Bu fikri Gununsesi.info-ya açıqlamasında politoloq Qabil Hüseynli  Roma papası Fransiskin Azərbaycana səfrinin yekunları ilə bağlı mövqeyini açıqlayarkən deyib.
Roma Papasının Azərbaycana səfərinə böyük önəm verən politoloq bildirib ki,  Fransiskin Azərbaycana səfəri bir daha ölkəmizin beynəlxalq aləmdə artan rolundan xəbər verir. “Bundan başqa Roma Papasının Azərbaycana səfərini ölkədəki multikutural münasibətlərin və dini tolerantlılığın yüksək səviyyədə olduğunun göstəricisi hesab etmək olar və dünya ictimaiyyətində bu barədə fikirlər formalaşdırır”- deyə, politoloq vurğulayıb.
Bununla belə politoloq hesab edir ki, Roma Papasının Ermənistanla Azərbaycan arasındakı münaqişəyə obyektiv yanaşmaması təəssüfləndirici haldır. “Çünki Roma Papasi Fransisk Ermənistan-Azərbaycan münaqişəsinə obyektiv münasibət bəsləmir. Bu isə onu göstərir ki, Roma Papası bölgədə Ermənistanı üstün tutur. Roma Papasının bölgədki münaqişələrə belə bir mövqe sərgiləməsi  regionda sülhün yaranmasına tam xidmət edə bilməz”- deyə, politoloq bildirib.
Politoloq onu da əlavə edib ki, Roma Papasının Ermənistanda  uydurma “erməni soyqırımı” abidəsi önündə əklil qoyması, onlar haqqında yüksək fikirlər səsəndirməsi yerində işlədilməyən ifadələrdir: “Əksinə, Roma Papası qətiyyətli formada Ermənistanın işğalçılıq siyasətini pisləməli və sülhə çaırışlarla bağlı ciddi bəyanatlar verməli idi. Amma bu çağırışlar olmadı. Ermənistanla bağlı səslənən ifadələr də çox yumşaq oldu. Bu, sərt  və konkret formada olmalı idi”.
Q.Hüseyni  deyib ki,  necə olur Roma Papası Ermənistanda uydurma soyqrımından danışıq və onu  dətsəkləyir, ancaq müasir dövrümüzdə baş verən Xocalı soyqırımından söz açmır, 20 faiz Azərbaycan torpaları işğal olunur, bu ərazilərdə bütün tarixi, maddi-mənəvi, mədəniyyət abidələri məhv edilir, o barədə bir kəlmə də olsun, ifadə işlətmir, bu hadisələri pisləyən mövqe sərgiləmir:
“Düzdür, bunalr ürəkaçan mövqe olmasa da, Roma Papasının bölgəyə səfəri sülhyaratma prosesinə müəyyən töhfələr verə bilər”.
Mürtəza
Gununsesi.info