
Karol Voytyla hələ 1978-ci ildə II İohann Pavel adı ilə papa seçilməzdən əvvəl Polşa kilsəsində pedofiliya hallarından xəbərdar idi.
Bu barədə Gununsesi.info Euronews-yə istinadən xəbər verir.
Bu nəticə Polşanın TVN telekanalının təqdim etdiyi jurnalist araşdırmasında yer alıb.
Kardinal və Krakov yepiskopu olaraq Karol Voytıylanın yeparxiyasında kahinlər tərəfindən uşaq istismarı hallarından xəbərdar olduğu deyilir.
Gələcək pontifik qalmaqalın qarşısını almaq üçün kilsənin bu cür xidmətçilərini bir kilsədən digərinə köçürüb.
II İohann Pavel 16 oktyabr 1978-ci ildən 2 aprel 2005-ci ilə qədər Roma Katolik Kilsəsinin baş məmuru idi.
Tərcümə: Adil
Gununsesi.info