“Papa John’s” da Rusiyada əməliyyatlarını dayandırır

  • By admin
  • 10 Mart 2022 09:09

ABŞ-ın “Papa John’s International Inc” pizzeriya şəbəkəsi Rusiyadakı bütün korporativ əməliyyatlarını dayandırdığını elan edib.

Gununsesi.info xəbər verir ki, bu barədə şirkətin cümə axşamı yaydığı bəyanatda deyilir.

Qeyd olunur ki, şirkət bütün əməliyyat, marketinq və biznes dəstəyini, eləcə də Rusiya bazarı ilə qarşılıqlı əlaqəni bitirib.

Həmçinin bildirilir ki, şirkətin Rusiyada restoranı yoxdur və bütün ticarət nöqtələri “françayzi”lər tərəfindən idarə olunur. Bu o anlama gəlir ki, artıq heç bir sahibkar Rusiya ərazisində “Papa John’s International Inc” əmtəə nişanı altında fəaliyyət göstərə bilməyəcək.

Gununsesi.info