
Roma Papası Fransisk müalicə aldığı xəstəxanadan göndərdiyi məktubda “dünyanın tərksilahına” çağırıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, fevral ayında ağır bronxitdən əziyyət çəkən Romadakı Gemelli xəstəxanasında ikitərəfli pnevmoniyadan müalicə alan 88 yaşlı katoliklərin ruhani lideri və Vatikanın rəhbəri Papa Fransisk İtaliya qəzetinə məktub göndərib.
Papa 14 mart tarixli məktubunda qeyd edib ki, xəstəxanada bu müddət ərzində ona müharibələr daha da mənasız görünüb.
Orxan