Papa qəzaya düşdü - YARALANDI

  • Müəllif: admin
  • 11 Sentyabr 2017 11:35

papa_francesco_110917_01

Kolumbiyada səfərdə olan Roma Papası I Fransisk qəza keçirib.

Gununsesi.info-nun məlumatına görə, Kartaxena şəhərində səyahət edərkən Papanı aparan elektromobil qəflətən dayanıb.

Nəticədə I Fransiskin başı şüşəyə dəyib. Həkimlər Roma papasının qaşından və gözünün altından xəsarət aldığını deyib.

Papaya zəruri yardım göstərildikdən sonra o, gəzintini davam etdirib.

Qeyd edək ki, Roma papası sentyabrın 6-dan 11-dək Kolumbiyada səfərdədir.

papa_francesco_110917_02

Gununsesi.info