
Katolik dünyasının lideri və Vatikan Prezidenti Papa Frensis yeni nüvə savaşı ilə bağlı xəbərdarlıq edib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Frensis dünyanın 1962-ci ildə yaşanan Kuba Nüvə Böhranındakı kimi, yeni bir nüvə savaşının astanasınıda olduğunu vurğulayıb.
“Dünyamız parça-parça davam etdirilən üçüncü dünya savaşının pəncəsində qalmağa davam edir. Ukraynadakı toqquşma faciəvi durumdadır. Nüvə silahlarına əl atma təhdidi yox deyil”, – Roma Papası Frensis bildirib.
Papa Frensis xalqlara nüvə silahlarını aradan qaldırmaq və konvensional silahları da yalnız qanuni müdafiə məqsədi ilə işlətmək üçün çağırış edib.
“Nüvə silahlarından təmizlənmiş bir dünya mümkündür və lazım olan da budur”, – deyə Papa açıqlayıb.
Tərcümə: Arzu