Papanın Bakı səfərinin proqramı - Açıqlandı

  • By admin
  • 11 İyul 2016 17:15

papa

 

Vatikan Roma Papasının Azərbaycana səfərinin proqramını açıqlayıb.  Gununsesi.info “Report.az”a istinadən xəbər verir ki, Papa Fransisk Azərbaycana oktyabrın 2-də Gürcüstandan gələcək.

Papanın Bakıya səfəri Bakirə Müqəddəs Məryəm katolik kilsəsində dua oxuması ilə başlayacaq. Ardından Vatikan başçısının Azərbaycan Prezidenti İlham Əliyev, Qafqaz Müsəlmanları İdarəsinin rəhbərliyi, Bakıdakı Rus Pravoslav Kilsəsi və yəhudi icmasının nümayəndələri ilə görüşü planlaşdırılıb.

Elə həmin gün axşam Papa Vatikana qayıdacaq.