Papa bu İslam ölkəsinə səfər edəcək

  • By admin
  • 08 Dekabr 2020 16:26

Roma Papası Fransisk 2021-ci ilin martında İraqa səfər edəcək.

Gununsesi.org xəbər verir ki, bu barədə İraq Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, katoliklərin mənəvi lideri 5-8 mart tarixləri arasında səfər edəcək.

Nazirlik Papanın səfərinin bütün iraqlılar üçün böyük bir dəstək olacağını bildirərək səfəri tarixi bir hadisə olaraq xarakterizə edib.

İraq və bölgə üçün bir sülh mesajı olaraq qəbul edilən bu səfərin tolerantlığı, birgəyaşayışa təkan verəcəyi qeyd olunub.

Papa Fransiskin Bağdad, Ərbil və Mosulda danışıqlar aparacağı gözlənilir.

Gununsesi.org