Ermənistanın müdafiə naziri Suren Papikyan Çinə səfəri çərçivəsində çinli həmkarı admiral Dun Szyunla görüşüb.
Gununsesi.info Axar.az- a istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, görüşdə iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən müdafiə sahəsində əlaqələrin yüksək səviyyədə olduğu qeyd olunub. Tərəflər həmçinin hərbi əməkdaşlığın son illərdə, o cümlədən yeni sahələrdə mühüm irəliləyiş əldə etdiyini vurğulayıb.
Beynəlxalq və regional təhlükəsizliklə bağlı bir sıra məsələlər də müzakirə olunub.
Gununsesi.info