
Papua Yeni Qvineya növbəti həftə Qüdsdə səfirlik açacaq.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu ölkənin Baş naziri Ceyms Marape İsrailə səfəri çərçivəsində Qüdsdə səfirlik binasının açılışına qatılacaq.
Marape səfər zamanı bu ölkənin Baş naziri Benyamin Netanyahu ilə görüşəcək.
İsrail mətbuatının yazdıqlarına görə, səfirlik binasının açılışı 5 sentyabrda olacaq.
Xatırladaq ki, İsrailin Xarici İşlər Naziri Elo Cohen fevral ayında etdiyi açıqlamasında Papua Yeni Qvineyanın Qüdsdə səfirlik açacağını bildirmişdi.
Xatırladaq ki, İsrail Qərbi Qüdsü 1948-ci ildə, şərqi Qüdsü isə 1967-ci ildə işğal edib. 1980-ci ildə Şərqi Qüdsü ilhaq etdiyini açıqlayaraq Qüdsü İsrailin paytaxtı elan etmişdi.
İsrailin müttəfiqlərinin səfirliklərini Qüdsə daşıması İsrailin Qüds üzərindəki suverenlik iddasını gücləndirir.
Tərcümə: Arzu