Paralimpiya Oyunları: Azərbaycan atleti 14-cü qızıl medalı qazandı

  • By admin
  • 04 Sentyabr 2021 07:18

Tokioda keçirilən Yay Paralimpiya Oyunlarında Azərbaycan daha bir qızıl medal qazanıb.

Gununsesi.info-nun  xəbərinə görə, uzunluğa tullanmada Orxan Aslanov (T13 kateqoriyası) altı cəhdindən üçüncüdə 7.36 metr məsafəyə nəticə göstərib.

Bununla da o, səkkiz iştirakçı arasında hamıdan ən çox uzunluğa tullanan atlet olub. Bu nəticə ilə o, area rekordunu yeniləyib və Azərbaycana 14-cü qızıl medalı qazandırıb.

Qeyd edək ki, bu nəticədən sonra Azərbaycan medal sıralamasında İtaliyanı keçərək 9-cu sıraya qalxıb.

Gununsesi.info