Paralimpiya Oyunları: Üç sprinterimiz finalda – FOTO

  • By admin
  • 31 Avqust 2021 10:18

Tokioda keçirilən Yay Paralimpiya Oyunlarında atletikada üç idmançımız final mərhələsinə vəsiqə qazanıb.

Gununsesi.info xəbər verir ki, bunlar 100 metr məsafəyə qaçışda iştirak edən sprinterlərimiz – Lamiyə Vəliyeva (T13), Yelena Çebanu (T13) və Yuliya Yanovskayadır (T13).

Lamiyə 12:09, Çebanu 12:16 və Yanovskaya 12:41 saniyəlik nəticə göstərərək final mərhələsinə vəsiqə qazanıb. İlk iki idmançımız finişə birinci, Yanovskaya üçüncü çatıb.

Qeyd edək ki, final Bakı vaxtı ilə saat 15:10-dan etibarən start götürəcək.