Üçüncü sezon yayımlanmağa hazırlaşan Türkiyənin məhşur serialı “Paramparça” çəkilişlərə başlayıb.
Gununsesi.info xəbər verir ki, keçən həftə Domuz Adasında çəkiliş edən yaradıcı heyət özündən sonra adanı xarabalığa çevirib. Çəkilişlədən sonra tullantıları yğışdırmayan heyət tənqid edilib. Turistlərlə birgə adanı təmizləməyə başlayan Göcek sakinləri yaranmış vəziyyəti ciddi tənqid ediblər. Sakinlər serialın yaradıcı heyətindən əlaqədər qruma şikayət etməyə hazırlaşırlar.
Gununsesi.info