Paranormal hadisələrin baş verdiyi tərk edilmiş xəstəxana - FOTOLAR

  • By admin
  • 20 Aprel 2017 11:14

18052826_1828032354187007_1783452835_n

Amerikada bir əsrlik “Waverly Hills” xəstəxanası burada yaşanan qeyri-adi hadisələrlə tarixə adını yazdırıb. Xəstəxana bağlandıqdan sonra ortaya çıxan hadisələr isə görənləri və eşidənləri şok edir.

Fəaliyyət göstərdiyi müddətdə 64 min nəfərin vəfat etdiyi xəstəxananın inşası 1908-ci ildə başa çatıb.

Xəstəxanaya yaxınlarını ziyarətə gələn yüzlərlə adam ruh gördükləri barədə dəfələrlə səlahiyyətli qurumlara şikayət edirdilər. Xəstəxanaya yaxın ərazidə yaşayan insanlar isə ətrafda bir qrup kölgənin gəzdiyini bildirmişlər.

Həmin dövrdə xəstəxanada paranormal hadisələrin ardı-arası kəsilmirdi. Dəhlizdə gəzən qız ruhu və top oynayan kiçik bir uşaq kölgəsinə yüzlərlə insan rast gəlmişdir.

Xüsusilə 3-cü və 5-ci mərtəbədə baş verən hadisələrin ən çox rast gəlindiyi 502-ci otaqda iki tibb bacısı birlikdə intihar etmişdir. Onlardan biri özünü asmış, digəri isə özünü pəncərədən ataraq öldürmüşdür. Həmin otağa girən çox sayda insan özünü asan qadın kölgəsinin şahidi olmuşdur.

O gündən indiyə qədər xəstəxananı sadəcə kənardan izləyən insanlar bir qadın kölgəsinin özünü pəncərədən atdığını, lakin yerə düşmədən yox olduğunun şahidi olurlar.

Dəhlizlərdə eşidilən ağlayan qadın səsləri və kölgələr insanları şoka salır.

Bu xəstəxanada yaşanan hadisələrlə bağlı film də çəkilmişdir. 2006-cı ildə çəkilən “The Ghosts of Waverly Hills Sanatorium” adlı film qorxulu hadisələrə maraq göstərənlər üçün mükəmməl bir ekran əsəridir.

17974234_1828032364187006_465259338_n 18051795_1828032227520353_1348761492_n 18052519_1828032370853672_1067260721_n 18052531_1828032167520359_1486702289_n

Gununsesi.info