Paraqvay prezidenti Orasio Kartes senator olmaq üçün Milli Konqresin rəhbərinə istefası ilə bağlı müraciət edib.
Gununsesi.info RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə o özü sosial şəbəkədə məlumat verib.
“Paraqvay respublikasının prezidenti vəzifəsindən istefa verdiyimi bəyan edirəm”, – deyə o bildirib. Kartes əlavə edib ki, səsvermə vaxtı xalqın ifadə etdiyi iradəsini yerinə yetirərək ölkə senatında xidmətini davam etdirəcək.
“Allah Paraqvayı qorusun”- , deyə o “Twitterdə”ki mikrobloqunda əlavə edib.
Kartes 2013-cü ilin avqustunda Paraqvayda hakimiyyətə gəlib.