Paraqvayda naməlum şəxslər inkassator maşınına hücum ediblər.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda təhlükəsizlik əməkdaşı Arsenio Korrea məlumat verib.
Belə ki, 80 nəfərlik silahlılardan ibarət naməlum dəstə Paraqvayda fəaliyyət göstərən firmanın inkassator maşınına hücum edərək, külli miqdarda pul oğurlayıblar. Pulun oğurlanması zamanı silahlılar partlayıçıdan da istifadə ediblər.
Hadisə yerinə dərhal polis qüvvələri gətirilib.
A. Korrea qeyd edib ki, qarşıdırma zamanı 1 polis məmuru ölub, 3 mülki vətəndaş isə yaralanıb: “Silahlıların qaçışının qarşını almaq məqsədilə əraziyə snayperlər və10-dan artıq zirehli texnika cəlb edilib” -, deyə o bildirib.
Hazırda Paraqvayda baş verənlər “əsrin soyğunu” kimi qiymətləndirilərək 40 milyon ABŞ dolları miqdarında pulun oğurlandığı idda edilir.
Braziliya mətbuatının məlumatına görə, soygunda iştirak edənlərin bəziləri ölkənin İtapulandia bölgəsində polislə qarşılaşıblar. Atışma zamanı soyğunculardan 3-nün öldürüldüyü, 2-nin isə yaralandığı bildirilir.
Qeyd edək ki, hazırda Paraqvay və Braziliya ərazisində quldurların tapılması istiqamətində əməliyyat işi davam etdirilir.
Anar
Gununsesi.info