Paraqvaylı futbolçu “Neftçi”nin düşərgəsində

  • By admin
  • 16 Yanvar 2017 14:20

neftci

“Neftçi”nin Paraqvay millisinin sabiq üzvü Ramon Kardosoya təklif göndərdiyi haqda məlumat vermişdik.

Gununsesi.info xəbər verir ki, forvard baxışdan keçmək üçün “Neftçi”nin Antalyadakı təlim-məşq toplanışına qatılıb. 30 yaşlı futbolçu məşqçilər korpusunu razı sala bilsə, “ağ-qaralar”la müqavilə bağlayacaq.

Qeyd edək ki, Kardosonun son iş yeri ölkəsinin “Deportivo Kapiata” klubu olub. 30 yaşlı hücumçu vaxtı ilə Portuqaliyanın “Panafiel”, “Nasional”, “Vitoria Setubal” və “Moreyrense” klublarında forma geyinib.

Gununsesi.info