Paris-2024: Azərbaycan boksçusu yarımfinala yüksəlib

  • By ilhame
  • 01 Avqust 2024 20:26

Azərbaycan boksçusu Alfonso Dominqes Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında 1/4 final görüşünə çıxıb.

 

Gununsesi.info  xəbər verir ki, 92 kq çəki dərəcəsində çıxış edən idmançı qazaxıstanlı Aybek Oralbayla üz-üzə gəlib.

 

Rəqibinə qalib gələn idmançımız yarımfinala vəsiqə qazanıb.

 

Dominqes finala gedən yolda ispaniyalı Enmanuel Reyes Pla ilə qarşılaşacaq. Görüş avqustun 4-də gerçəkləşəcək.

 

Qeyd edək ki, dəri əlcək ustası 1/8 finalda ikiqat olimpiya çempionu Xulio Sezar la Kruzu (Kuba) məğlub etmişdi.

Gununsesi.info