Paris-2024: Azərbaycan cüdoçusu 1/4 finalda vəsiqə qazanıb

  • By ilhame
  • 02 Avqust 2024 13:18

Azərbaycan cüdoçusu Uşanqi Kokauri Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.

 

Gununsesi.info xəbər verir ki, millimizin üzvü 100+ kq çəki dərəcəsində Finlandiya təmsilçisi Martti Puumalainenlə üz-üzə gəlib.

 

Təmsilmiz rəqibini ipponla məğlub edərək 1/4 finala vəsiqə qazanıb.

 

Qeyd edək ki, Azərbaycan cüdo millisi Olimpiadaya 9 idmançı ilə yollanıb.

 

Hidayət Heydərov (73) və Zelim Kotsoyev (100) ölkəmizə qızıl medalı qazandırıb.

Gununsesi.info