Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanovun Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti rəqibi dəqiqləşib.
Gununsesi.info-nun məlumatına görə, bu, 77 kq çəki dərəcəsində təsəlliverici qarşılaşmalardan sonra bəlli olub.
Süleymanov bürünc mükafat uğrunda Qırğızıstandan olan Akjol Mahmudovla üz-üzə gələcək.
Mahmudov təsəlliverici dueldə Jair Kueronu (Kolumbiya) üstələyib – 11:0. Medal görüşləri axşam seansına təsadüf edəcək.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
Gununsesi.info