Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarını medalsız başa vurub.
Gununsesi.info-nun turnirə ezam olunmuş əməkdaşının məlumatına görə, 65 kq çəki dərəcəsində yarışan, üçqat dünya və dördqat Avropa çempionu olan idmançının 1/4 finalda məğlub olduğu Macarıstan təmsilçisi İsmail Muszukayev finala vəsiqə qazana bilməyib.
İ.Muszukayev yarımfinalda iranlı Rahman Amuzadxaliliyə 0:10 hesabı ilə məğlub olub.
Nəticədə H.Əliyev də medal şansından məhrum olub.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
Gununsesi.info