Paris Azərbaycan Evi Alxanlıda törədilmiş hərbi təxribatla bağlı bəyanat yayıb

  • By admin
  • 06 İyul 2017 12:06

b8ee59de-93c2-4742-8959-b43a3eccd243_292

Paris Azərbaycan Evi  Ermənistan Silahlı Qüvvələri tərəfindən Füzulirayonunun Alxanlı kəndində törədilmiş hərbi təxribatla əlaqədar bəyanat yayıb.

Gununsesi.info-nun xəbərinə görə, bəyanatda Fransada yaşayan azərbaycanlılar adından iyulun 4-ü axşam saatlarında Ermənistan  Ordusunun  Azərbaycanın Füzulirayonunun Alxanlı kəndinin 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutması nəticəsində  1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızının və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızının qətlə yetirilməsi aktı  qəti şəkildə pislənilib, həlak olanların yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verilib.

Bəyanatda həmçinin  Ermənistan dövlətinin ötən əsrin sonlarına doğru Azərbaycan xalqına qarşı törətdiyi təcavüz aktları  qeyd edilib və bildirilib ki, 1 milyondan çox Azərbaycan əhalisi öz ölkəsində məcburi köçkün kimi yaşayır.

“Ermənistanın Azərbaycana qarşı təcavüzkarlıq siyasəti beynəlxalq ictimaiyyət tərəfindən qınanılsa da Ermənistan dövləti  beynəlxalq təşkilatların çağırış və qərarlarına laqeyd yanaşır. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələri Azərbaycan ərazilərinini dərhal azad edilməsini və məcburi  köçkünlərin öz ölkələrinə qaytarılmasını tələb etsə də bu qətnamələr hələ hələ də yerinə yetirilməmiş qalır”.

“Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni yerləşdirilməsi münaqişə zonasında vəziyyətin pisləşməsinin, baş verən hadisələrin əsas səbəbidir və münaqişənin siyasi həllinə  mane olur. Hər bir azərbaycanlı məcburi köçkünün arzusu öz vətəninə qayıtmaqdır, bu işğal davam edə bilməz”-deyə bəyanatda vurğulanır.

Paris Azərbaycan Evi Fransadakı azərbaycanlılar adından ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanı və bütün dünya icitmaiyyətini Azərbaycanın ərazi bötövlüyünün bərpası üçünErmənistana təzyiq göstərməyə çağırıb.

Gülnaz Qənbərli

Gununsesi.info