“Paris Azərbaycana qarşı törədilən cinayətlərə mövqe bildirməyib” -Sultan Məmmədov

  • By admin
  • 11 Oktyabr 2022 11:44

Azərbaycan, Fransa, Ermənistan və Avropa İttifaqının rəhbərlərinin Praqada keçirilən görüş əhəmiyyətli olub. Amma təəssüflər olsun ki, bəzi qüvvələr buna maneə olmağa çalışır. Fransanın Avropa işləri üzrə nazirinin son açıqlaması bölgədə sülhün əldə edilməsinə qarşıdır”.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı Sultan Məmmədov deyib.

O, əlavə edib ki, Fransa bu günə qədər Azərbaycana qarşı törədilən cinayətlərlə bağlı mövqe ortaya qoymayıb: “Əlbəttə, Fransada obyektiv mövqeyi olan, bölgədə sülhün əldə edilməsinin vacibliyini düşən insanlar var. “Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun adından Fransanın bəzi siyasətçilərinin bölgədə sülh və sabitliyə qarşı olan fikirlərinə etiraz edirəm”,- deputat bildirib.

Gununsesi.info